Həbib Nurməhəmmədov Dubayda biznesə başladı - FOTO

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yeni ayaqqabı butiki açıb.

Həbib Nurməhəmmədov Dubayda biznesə başladı - FOTO
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yeni ayaqqabı butiki açıb.

meqale.com xəbər verir ki, bu barədə məlumatı idmançı sosial şəbəkə hesablarında paylaşıb.

"Send Location" adlanan butik oktaqon formasında dizayn olunub və konsepti ilə diqqət çəkir. Açılış mərasimində hazırkı UFC yarımorta çəki çempionu İslam Maxaçev də iştirak edib.

Mağaza Dubayın "API 1000 Shops" kompleksində yerləşir. Məlumata görə, sahəsi 162 kvadratmetr olan obyektin illik icarə dəyəri 430 min dirhəm, yəni təxminən 122 min ABŞ dollarından çoxdur.