MDB ölkələri artıq vizasız səfər edə bilməyəcək

Moldova parlamenti MDB ölkələrinin vətəndaşlarına vizasız səfər imkanı verən sazişin denonsasiyasını birinci oxunuşda qəbul edib.

MDB ölkələri artıq vizasız səfər edə bilməyəcək
Moldova parlamenti MDB ölkələrinin vətəndaşlarına vizasız səfər imkanı verən sazişin denonsasiyasını birinci oxunuşda qəbul edib.

meqale.com xəbər verir ki, parlament sədri İqor Qrosu bildirib ki, noyabrın 12-də hökumət MDB çərçivəsində imzalanmış yeddi sazişi, o cümlədən vətəndaşların Moldovada 90 günədək vizasız qalmasına imkan verən sənədi ləğv edib.

Qeyd olunur ki, 9 oktyabr 1992-ci ildə Bişkekdə imzalanmış bu saziş Tacikistan və Qırğızıstan istisna olmaqla, digər MDB ölkələri ilə artıq ikitərəfli vizasız rejimlərlə əvəzlənib.