Həbibin papaqları hərraca çıxarılacaq

UFC çempionu Həbib Nurməhəmmədovun papaqları hərraca çıxarılacaq.

Həbibin papaqları hərraca çıxarılacaq
UFC çempionu Həbib Nurməhəmmədovun papaqları hərraca çıxarılacaq.

meqale.com xəbər verir ki, papaqlar "Telegram" platformasında hərrac yolu ilə satışa çıxarılacaq.

Hərracın noyabrın 22-də günorta saatlarında keçiriləcəyi bildirilib.

37 yaşlı Nurməhəmmədov papaqların satışa çıxarılması ilə bağlı danışıb:

"Bəzi hədiyyələr sadəcə maddi dəyərə malik deyil, onlar özündə xüsusi mənalar daşıyır. Mənim üçün papaq heç vaxt sıradan bir baş geyimi olmayıb".