"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - QALMAQAL - FOTO

"Avroviziya" qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb.

"Avroviziya" qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb.

meqale.com xəbər verir ki, buna səbəb Fərqanə Qasımovanın "Dream Fest"ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub.

Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna "Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır" şərhini yazıb.

N. Camal isə öz instaqram hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib: "Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.