HUAWEI WATCH FIT 3
İyunun 7-də Huawei daha böyük ekranlı və 10 gün müstəqil iş rejiminə malik olan yeni nəsil HUAWEI WATCH FIT 3 smart saatını satışa çıxarmağa hazırlaşır.
                        HUAWEI WATCH FIT 3 smart saat aktiv həyat tərzinə üstünlük verənlərin sevimli əşyasına çevrilmək iddiasındadır. Həm idman fəaliyyəti, həm də ümumi fiziki vəziyyətin izlənməsi üçün geniş funksiyalara malik olan bu saat bir növ sağlam həyat tərzininin bələdçisidir.
Böyük 1,82 düym AMOLED ekranı və uzun müddətli iş imkanı - bir tam şarjla 10 günlük iş qabiliyyətinə malik olan HUAWEI WATCH FIT 3 smart saat, həm də incə dizaynı ilə saat sahibinin zövqünü oxşayır.
Altı fərqli çeşiddə - qara, çəhrayı, yaşıl, boz və iki fərqli ağ rəngli qayışlarla təqdim edilən HUAWEI WATCH FIT 3 smart saatları çox sayda geyimlərlə uyğunlaşaraq istənilən zövq sahibini məmnun edir. Belə ki, tətbiq edilən innovativ konstruksiya kəmərləri asanlıqla dəyişməyə və geyim üslubuna uyğun istifadə etməyə imkan yaradır.
Praktikliyi sevənlər üçün flüoroelastomer qayışlı qara və ağ versiyalar iş, əyləncə və ya məşq üçün ideal hesab edilir. Bu qayışlar tez quruma xüsusiyyətinə malikdir və bu da smart saatı gündəlik istifadə üçün çox uyğun edir.
Ağ dəri qayışlı olan variant isə zəriflik və incəliyi təcəssüm edərək sahibinin ziyafət geyiminə və ya yay paltarlarına özəllik qatır.
Çəhrayı və yaşıl rənglər isə müasir dəbə üstünlük verən gənc nəslin zövqünü oxşayacaq.
Tənzimlənən neylon qayışı olan boz versiya aktiv həyat tərzi keçirənlər üçün ideal smart saatdır. Belə ki, bu smart saat istənilən şəraitdə davamlı işləyən etibarlı bir dostunuz olacaq.
Parlaq ekran və incə dizayn
Yeni nəsil HUAWEI WATCH FIT 3 smart saatları geniş 1,82 düymlük AMOLED ekranla təchiz edilmişdir ki, bu da 77% faydalı sahəni əhatə edir və məlumatların təsviri üçün daha geniş yer ayırır. 1500 nit maksimum parlaqlıq və avtomatik parlaqlıq tənzimləmə funksiyası isə günün istənilən saatında - qaranlıqda və ya günəş altında - istənilən məlumatı rahat şəkildə görməyə imkan verir. Korpusu alüminium materialdan hazırlanan HUAWEI WATCH FIT 3 smart saatın çəkisi cəmi 26 qram, qalınlığı isə 9,9 mm-dir. Saatın yüngül çəkisi ondan istifadəni daha rahat edir.
Sağlam həyat tərzi
HUAWEI WATCH FIT 3 smart saatları sağlam həyat tərzi sevənlərin ayrılmaz dostu olacaq. Bu yeni nəsil smart saat çox sayda funksiyaları ilə diqqət çəkir. Məsələn, sərf olunan kaloriləri hesablayan və qidalanma ilə məşqlər arasında balans yaratmağa kömək edən "Formada Qal" funksiyası çəkinizin tənzimləməsi ilə bağlı istədiyiniz nəticəni daha tez əldə etməyə kömək edəcək. Bundan əlavə, ağıllı saat qapalı məkanda, açıq havada və suda idmanla məşğul olmaq üçün 100-dən çox təlim rejimini dəstəkləyir. Saatın səslə müşayiət olunan animasiyalı təlimatları məşqlərin maraqlı və rahat keçməsini təmin edir.