Husilər Abş hərbi gəmisini atəşə tutdu

Yəmən husiləri yenidən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə və həmçinin Amerika esminesinə hücum edib.

Husilər Abş hərbi gəmisini atəşə tutdu
Yəmən husiləri yenidən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə və həmçinin Amerika esminesinə hücum edib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə qruplaşmanın hərbi sözçüsü Yəhya Sari bildirib.

Bildirilib ki, ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə "çoxlu raketlər və pilotsuz uçuş aparatları ilə Qırmızı dənizin şimalında zərbələr endirilib". O, bunun "son 24 saatda təyyarədaşıyan gəmiyə qarşı ikinci əməliyyat olduğunu" vurğulayıb.

Onun sözlərinə görə, husilər, həmçinin ABŞ-ın Qırmızı dənizdə esmines və "Abliani" və "Maina" ticarət gəmilərinə, eləcə də Hind okeanında "Aloraiq" gəmisinə qarşı əməliyyatlar keçirib.