İbrahim Tatlısəs əməliyyat olundu

Türkiyəli müğənni İbrahim Tatlısəs ötən gün əməliyyat olunub.

İbrahim Tatlısəs əməliyyat olundu
Türkiyəli müğənni İbrahim Tatlısəs ötən gün əməliyyat olunub.

meqale.com axşam.az-a istinadən bildirir ki, 72 yaşlı sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.

Sənətçinin keçmiş həyat yoldaşları Derya Tuna və Ayşegül Yıldızdan başqa, övladları Ahmet Tatlısəs, İdo Tatlısəs, Zübeyde Mələk Akkaş və Elif Ada Tatlısəs də xəstəxanada müğənnini tək qoymayıblar.