İftar süfrəsi üçün tez hazırlanan reseptlər
meqale.com axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:
                        Tərəvəzli şorba
Ərzaqlar:
1/2 yerkökü (incə doğranmış) 1/2 balqabaq (incə doğranmış) 1/2 qırmızı bibər (incə doğranmış) 1 yaşıl bibər (incə doğranmış) 1 kiçik soğan (incə doğranmış) 4-5 göbələk (orta ölçülü doğranmış) 1/2 fincan noxud (qaynadılmış və ya konservləşdirilmiş) 2 xörək qaşığı yağ 1 xörək qaşığı kərə yağı 1,5 xörək qaşığı un 7 stəkan su (istəsəniz ət və ya toyuq da istifadə edilə bilərsiniz) 2 çay qaşığı duz 1/2 çay qaşığı qara bibər 1 qutu maye krem
Hazırlanması:
Qazana yağ əlavə edib yerkökünü bir az qovurub, soğan əlavə edin. Göbələkləri əlavə edib, qovurmağa davam edin. Bibərləri doğrayıb üzərinə tökün. Un əlavə edin və qovurmağa davam edin. Noxud əlavə edin və qarışdırın. Su, duz və istiot əlavə edin. Qaynayana qədər aşağı odda bişirin. Qaynayan şorbaya krem əlavə edin və qarışdırmağa davam edin. Süfrəyə suxarı ilə verə bilərsiniz.
"Top" peçenye
Ərzaq: Qatıq - 1 stəkan Şəkər tozu - 1 stəkan Fındıq - 1 stəkan Yumurta - 1 ədəd Yağ - 125 qr. Vanil və qabartma tozu - 50 qr. Un apardığı qədər
Hazırlanması: Yumurta sarısı və şəkər tozunu qarışdırın. Üzərinə qatıq, yumşaldılmış yağ, vanil, qabartma tozu və apardığı qədər un əlavə edib, yumşaq xəmir hazırlayın. Xəmirdən qoz böyüklüyündə kündələr edin. Ayrıca qabda yumurtanın ağını çalıb, beze düzəldin. Yumruladığınız kündələri əvvəlcə bezeyə, sonrasa fındığa batırıb, sobada bişirin.
Toyuqlu çökərtmə
Ərzaqlar:
3 parça toyuq filesi
Sous üçün:
1 yemək qaşığı mayonez 3 yemək qaşığı duru yağ 1 çay qaşığı kəklikotu 1 çay qaşığı qırmızı bibər Yarım çay qaşığı qaraistiot 1 ədəd balaca rəndələnmiş soğan
Kartof qızartması üçün:
4-5 ədəd kartof Duru yağ və duz
Qatıq sosusu üçün:
1 kasa qatıq 1-2 diş əzilmiş sarımsaq və duz
Üzəri üçün 2-3 yemək qaşığı ərinmiş yağ, 1 çay qaşığı qırmızı istiot
Hazırlanması:
Toyuq ətini uzunsöv doğrayın. Bir kasada marinad etmək üçün lazım olan ərzaqları qarışdırın. Əti onunla qarışdırıb, üzərini streçlə bağlayıb 2 saat soyuducuda saxlayın.