İftar üçün menyu ideyaları
meqale.com "İftar menyusu"nu təqdim edir:
                        Qaymaqlı ispanaq şorbası
Ərzaqlar: İspanaq - yarım kiloqram Kərə yağı - 4 xörək qaşığı Doğranmış soğan - yarım stəkan Un - 3 xörək qaşığı Toyuq suyu - 5 stəkan Duz və istiot zövqə görə Qaymaq - 1 stəkan
Hazırlanması: İspanağı təmizləyin, saplaqlarını kəsin və iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə sərin. Qazanda yağı əridin, soğanı əlavə edib rəngi dəyişənə qədər qovurun. İspanağı buraya əlavə edin və yumşalana qədər bişirin. Üstünə unu səpib, qarışdırın. Toyuq suyunu tökün və qarışdıra-qarışdıra qaynamasını gözləyin. Sonra blenderdə püre edin. Alınan püreni qazana əlavə edib, üzərinə duz, istiot, qaymaq əlavə edin. Bir az vam odda saxladıqdan sonra süfrəyə verin.
Tava kababı
Ərzaqlar:
400 qram orta yağlı qoyun əti qiyməsi 1 soğan (rəndələnmiş) 2 pomidor (doğranmış) 2 yaşıl bibər (doğranmış) 2 diş sarımsaq (doğranmış) 1 çay qaşığı tomat pastası 1 çay qaşığı bibər pastası 1 çay qaşığı duz 1 çay qaşığı qara bibər 1/2 çay qaşığı çili bibəri 4 badımcan 3 pomidor
Üzəri üçün: 2 stəkan su 1 xörək qaşığı tomat pastası 1 çay qaşığı bibər pastası 2 xörək qaşığı yağ 1 çay qaşığı duz 1 ovuc cəfəri (doğranmış)
Hazırlanması:
Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.
"Gül" peçenye
Ərzaqlar: Yumurta - 2 ədəd Duru yağ - 2 x/q. Qatıq - 2 x/q. Sirkə - 1 x/q. Qabartma tozu - 1 paket Kərə yağı - 125 qr. Əzilmiş qoz - 1 st. Nişasta - 2 x/q. Un apardığı qədər
Şərbət üçün: Şəkər tozu - 2 st. Su - 1,5 st. Limon şirəsi - 1 ç/q.