İki ildir itkin idi - Taksi sürücüsü öldürübmüş
Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb və bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq araşdırmalar aparıb və məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilərək basdırılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.