"İki nəfər məni ölkəyə TANITDI"

Tanınmış idmançı Kamil Zeynallı səmimi etirafları ilə diqqət çəkib.

Tanınmış idmançı Kamil Zeynallı səmimi etirafları ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, fitnes məşqçisi tanınması və uğurlarına görə əməyi olan iki insanın adını çəkib:

"O vaxt ATV-də Samir Bayramlı aparıcı çalışırdı, bir də Toppuş bacı ləqəbli Tünzalə Əliyeva. Onlar ikisi də mənə dəstək olmuşdular. Samirə o vaxt məşq keçirdim. Samir dedi ki, verilişimdə idmanla bağlı rubrika etmək istəyirəm. Hər həftə bir məşhur qonağı yanıma məşqə gətirirdi. Mən məşq keçirdim, o da sual-cavab edirdi. Bir ilə yaxın birgə çəkildik. Samir bir dəfə də mərhum Əməkdar artist Tünzalə Əliyevanı gətirdi. O vaxt çəkisi 170 kq idi. Tünzalə xanıma təklif etdim ki, arıqlasın, bizim zala yazılsın. Söhbətimiz üst-üstə düşdü. Dedi ki, gələcəyəm. Elə səhəri gündən başladı. Ciddi pəhriz saxlayırdı. Bununla yanaşı, idmanımızla 6 aya 70 kq-a yaxın çəki atdı. Özü bir kanalda səhər verilişi aparırdı, mətbəxlə bağlı idi. 1 saat efirə gedirdi. Həmişə efirdən çıxıb idmana gəlirdi. Hər gün yarım - 1 kilo arıqlayırdı. Efirdə daima deyirdi ki, arıqlamaq istəyirsinizsə, Kamilin yanına gəlin. Arıqlamağı ilə xanımlara idmanı sevdirdi. O vaxt bizdə xanımlar idmana çox meyilli deyildilər, zalların sayı az idi. 2008-2009-cu illəri deyirəm. Tünzalə xanımın sayəsində qadınlarda maraq yarandı. Hər çəki atıb "şam kimi əriyirdi". Hər gün də məndən danışırdı".