İki yük maşını toqquşdu, sürücü belə xilas edildi - VİDEO

Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində iki yük maşını toqquşub.

İki yük maşını toqquşdu, sürücü belə xilas edildi - VİDEO
Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində iki yük maşını toqquşub.

"meqale.com" xəbər verir ki, yol-qəza hadisəsi zamanı "KAMAZ" markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1966-cı il təvəllüdlü Zeynalov Əfqan Böyükkişi oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun