İmamoğlu həbsdə qalacaq - YENİLƏNİB

Saxlanılan İstanbul meri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq.

İmamoğlu həbsdə qalacaq - YENİLƏNİB
Saxlanılan İstanbul meri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq.

meqale.com xəbər verir ki, bu barədə  "CNN Türk" telekanalı mənbələrə istinadən yazıb. 

--------

11:06

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

meqale.com xəbər verir ki, İmamoğlu "cinayət təşkilatı yaratmaq", "PKK ilə birgə hərəkət etmək" və "korrupsiya" cinayətləri ilə ittiham olunur.

Qeyd edək ki, İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu "yoxluq" və "açıq xəta" səbəbi ilə 18 martda ləğv edib. Bu gün səhər isə Ə.İmamoğlu saxlanılıb. /Axar.az

---------

08:41

İstanbul meri Ekrem İmamoğlu saxlanılıb.