“iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi
"Apple" şirkəti "iPhone 14" və "iPhone SE" modellərini Avropa İttifaqının USB-C şarj tələbi ilə əlaqədar olaraq Avropada satışdan çıxarır.
meqale.com xəbər verir ki, bu qərar cihazların Aİ qaydalarına uyğun gəlməməsindən irəli gəlir.
Aİ elektron tullantıları azaltmaq və istifadəçilərin həyatını asanlaşdırmaq üçün bütün smartfonlarda USB-C girişindən istifadəni məcburi edib.
Bu qaydaya riayət etmək üçün "Apple" "iPhone 15" seriyasından etibarən USB-C portuna keçib.
Aİ-də tətbiq olunan yeni qaydaya əsasən 28 dekabr 2023-cü il tarixindən sonra satılan bütün telefonlarda USB-C portunun istifadəsi tələb olunur.