"iPhone 17"nin göstəriciləri məlum oldu
İncə korpusa malik olan gələcək "iPhone 17 Slim"in ilk detalları ortaya çıxıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "GSMArena" portalı məlumat yayıb.
Bildirilib ki, "iPhone 17 Slim" və ya "iPhone 17 Air" A19 çipi və 8 GB RAM ilə təchiz ediləcək. Bu, smartfona "Apple Intelligence AI" süni intellekt sistemini dəstəkləməyə imkan verəcək.
Bundan əlavə, "iPhone 17 Slim" 48 MP arxa və 24 MP ön kameraya sahib olacaq. Smartfon 6,6 düyümlük displey, "Face ID" skaneri, alüminium çərçivə və tamamilə yeni dizaynla seçiləcək. Yeni məhsulun "iPhone Plus" modelini əvəz edəcəyi gözlənilir.