İrana seçkilər ərəfəsində ən böyük kiberhücum edildi

İranlı mütəxəssislər fevralın 28-də parlament və Ekspertlər Şurasına seçkilər ərəfəsində ölkə tarixində serverlərə ən böyük DDoS hücumunu dəf ediblər.

meqale.com axar.az-a istinadla xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

"Ölkə tarixində ən böyük DDoS hücumu saniyədə 136 milyon paket (və ya sorğu - red.) sürətlə baş verib və tamamilə dəf edilib", - məlumatda deyilib.

Qeyd olunur ki, İranda seçkilərə bir neçə gün qalmış ümumilikdə 160-a yaxın DDoS hücumu dəf edilib.