İranda etirazlarda daha bir idmançı öldürüldü - FOTO

İranda ölkə miqyaslı etirazlar zamanı 21 yaşlı basketbolçu və Şərif Texnologiya Universitetinin tələbəsi Əhməd Xosrovani həlak olub.

İranda etirazlarda daha bir idmançı öldürüldü - FOTO
İranda ölkə miqyaslı etirazlar zamanı 21 yaşlı basketbolçu və Şərif Texnologiya Universitetinin tələbəsi Əhməd Xosrovani həlak olub.

meqale.com xəbər verir ki,  "Iran International" agentliyinin yaydığı məlumata görə, Tehrandan olan 21 yaşlı basketbolçu və Şərif Texnologiya Universitetinin tələbəsi Əhməd Xosravani etrizalar zamanı İslam Respublikasının qüvvələrinin birbaşa atəşi nəticəsində həyatını itirib.

Qeyd edək ki, Əhməd Xosravani Fərzan Şəmiranın komandası ilə Tehran üzrə üçlü basketbol turnirinin qalibi olub. O, həmçinin Tehran Liqasının ən yaxşı oyunçusu seçilmişdi.

Bildirilir ki, Əhməd Xosrəvaninin atası İran-İraq müharibəsində yaralanan hərbçilərdən biri olub.