Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu

"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu
"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

meqale.com "Futbolxeber.az"a istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssisin köməkçilərindən biri vaxtı ilə Azərbaycanda çalışıb.

Söhbət fiziki hazırlıq üzrə mütəxəssis Rikardo da Silvadan gedir. Belə ki, da Silva 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi Patrisiya Qonzalesin köməkçisi olub.

Qeyd edək ki, P. Qonzales 2013-2016-cı illərdə Azərbaycan yığmasını çalışdırıb.