İranda partlayış zamanı onlarla insan xəsarət alıb

İranın paytaxtı Tehranda üç mərtəbəli yaşayış binasında partlayış olub.

İranda partlayış zamanı onlarla insan xəsarət alıb

Bu barədə Meqale.com İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, hadisə qaz sızmasından baş verib. Partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan 11-i xəstəxanaya yerləşdirilib, 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edilir ki, bina zərbənin gücündən dağılıb.