İraq Türkiyə ilə sərhəddə iki hərbi baza yaradıb
İraq 30 ildən sonra ilk dəfə Türkiyə ilə sərhəddə iki hərbi baza yaradıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" yayıb.
Bildirilir ki, sözügedən bazalar Zaho bölgəsində yaradılıb.
Məlumata görə, proses barədə qərar Türkiyə ilə koordinasiyalı şəkildə verilib.