İsrail aviaşirkəti qəzadan sonra Moskvaya uçuşları dayandırdı
İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.
meqale.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən "9-cu Kanal"a məlumat verilib.
"Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq "El-Al" Tel-Əviv - Moskva marşrutu üzrə bütün reysləri dayandırır", - məlumatda deyilir.