İsrail qatılsa, Avroviziyadan gedəcəklər...
İslandiya, Sloveniya və İspaniya İsrailin "Eurovision 2026"da iştirak etməsi halında müsabiqəni tərk edəcəklərini bildiriblər.
meqale.com xəbər verir ki, ölkə nümayəndələri bildirib ki, onlar dəfələrlə EBU-ya (Avropa Yayım Birliyi) yazılı olaraq müraciət edərək iştirak qaydaları və İsraillə bağlı narahatlıqlarını bildirsələrdə konkret cavab almayıblar.
Onlar şəffaflığın təmin olunmasını tələb edərək, əks halda yarışmanı tərk edəcəklərini bildiriblər.
İspaniya tərəfi bu məsələyə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu səbəbindən yarışmadan kənarlaşdırılmasını misal göstərib.