İstanbulda bomba partlatmağa hazırlaşan terrorçu TUTULDU

Türkiyənin İstanbul şəhərində bomba partlatmağa hazırlaşan İŞİD terrorçusu saxlanılıb.

İstanbulda bomba partlatmağa hazırlaşan terrorçu TUTULDU
Türkiyənin İstanbul şəhərində bomba partlatmağa hazırlaşan İŞİD terrorçusu saxlanılıb.

meqale.com bildirir ki, bu barədə Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, İstanbulda terror aktı törətməyi planlaşdıran terrorçu Bağcılar rayonunda gizləndiyi ünvanda ələ keçirilib.

Məlum olub ki, Suriyada bomba üzrə təlim keçən və İŞİD terror təşkilatından təlimat alan terrorçu qeyri-qanuni yollarla Türkiyəyə daxil olub. Onun yaşadığı ünvanda axtarış zamanı çox sayda rəqəmsal materiallar, təşkilati sənədlər və qılınc aşkarlanıb.

O, "Terror təşkilatına üzv olmaq" maddəsi üzrə həbs edilib.