İstanbulda əməliyyat, 61 nəfər saxlanıldı
"İstanbulda həyata keçirilən "QƏFƏS-29" əməliyyatı çərçivəsində 2 cinayətkar qruplaşma məhv edilib".
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Yerlikaya Türkiyənin Polis Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyatda qırmızı bülletenlə axtarışda olan Volkan Reçber və hələ də həbsdə olan "Ərəb Əmrah" ləqəbli Əmrah Sever başda olmaqla iki ayrı cinayətkar qruplaşmanın hədəf alındığını ifadə edib.