İstanbulda xəstəxanaya silahlı hücum - 5 yaralı
İstanbulda Bahçelievler dövlət xəstəxanasının təcili yardım şöbəsinə silahlı hücum olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 02:30-də baş verib.
Kimliyi məlum olmayan şəxslərin açdığı atəş nəticəsində bir polis əməkdaşı, bir jandarma, özəl mühafizə xidmətinin bir əməkdaşı və iki mülki vətəndaş olmaqla 5 nəfər ağır yaralanıb.
Hazırda xəsarət alanların müalicəsi davam etdirilir, həyati təhlükələri yoxdur.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərlə bağlı axtarışlar aparılır.