Kadırov bacısı oğlunu nazir təyin etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov Adam Çerxiqovu respublikanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin edib.
                        meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbəri Teleqram hesabında paylaşım edib.
"Gənc yaşına baxmayaraq, o, rəhbər vəzifələrdə böyük təcrübəyə və nazirliyin qarşısında duran vəzifələrin operativ və səmərəli icrası üçün zəruri bacarıqlara malikdir. Əminəm ki, Adam ona göstərilən etimadı tam doğruldacaq", - o bildirib.