Kamil Zeynallı bir ay müddətinə istintaq təcridxanasına yerləşdirilə bilər - Elman Paşayev
Bu müddət ərzində Rusiya qanunvericiliyinə görə, Ermənistan sənədləri Rusiya Baş Prokurorluğuna ötürməlidir.
"Daha sonra onun Ermənistana verilməsi məsələsinə baxılacaq", - rusiyalı hüquqşünas Baku TV-yə müsahibəsində qeyd edib.
Paşayev əlavə edib ki, beynəlxalq konvensiyaya görə, əgər məhbus düşmən ölkə tərəfindən axtarışdadırsa, o, ora ekstradisiya edilməməlidir.
"Azərbaycanla Ermənistan arasında heç bir sülh müqaviləsi imzalanmayıb. Ona görə də Rusiya heç bir halda onu Ermənistana verə bilməz", - o izah edib.