Keçmiş icra başçısının yeni işi

Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idmana qayıtdığını bildirib.

Keçmiş icra başçısının yeni işi
Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idmana qayıtdığını bildirib.

Bu barədə Teleqraf.com-a keçmiş icra başçısı Əhəd Abıyevin özü məlumat verib.

"Hazırda elə trenajordayam, aktiv idmana qayıtmışam, hər şey qaydasındadır", - deyə o əlavə edib.

Əhəd Abıyev xəstəliyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib: "Yalan söhbətdir. Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm".

Qeyd edək ki, 15 yanvar 1958-ci ildən Masallı rayonunda anadan olan Əhəd Abıyev Milli Məclisi I, II və III çağırış deputatı, 2011-2023-cü illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olub.