Kəlbəcərdə maşın aşdı - ölən və xəsarət alan var - YENİLƏNİB
11:33
                        Sentyabrın 1-i səhər saat 5 radələrində Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Vəng kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
DİN-in Mətbua Xismətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov meqale.com-a bildirib ki, polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübarək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
------------- 10:26 Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Vəng kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21099" markalı mınik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb.
Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.