Kişilərdə qanazlığı onkoloji prosesdən - xəbər verə bilər

Dəmir defisitli anemiya bəzən onkoloji proseslərdən xəbər verə bilər.

Kişilərdə qanazlığı onkoloji prosesdən - xəbər verə bilər
Dəmir defisitli anemiya bəzən onkoloji proseslərdən xəbər verə bilər.

Xüsusən kişilərdə ciddi anemiya aşkarlanarsa, təcili yoxlanmaq lazımdır.

meqale.com medicina.az-a istinadla xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikovun sözlərinə görə, kişilərdə ət yeməklə bağlı defisit olmadığı üçün nadir halda ciddi anemiya olur.

"Əgər kişinin analizlərində qanazlığı görünərsə, bu o deməkdir ki, o qan itirir.

Bu mədə xorası, polip, bağırsaq xərçəngində ola bilər.

Qadınlarda da anemiya xroniki yorğunluq, doğuş və s.-dən ola bilər. Əgər onlarda çox ciddi yorğunluq varsa, mütləq törəmələrə görə yoxlanmalıdırlar. Əgər qadın qan itirirsə, amma mioması yoxdursa, o zaman bağırsaq kolonoskopiya olunmalıdır.

Anemiyanın zahiri əlamətləri:

- Ağarmış dəri - Təngnəfəslik - Ürəkdöyünmə

- Qulaqda küy - Saç tökülməsi

- Halsızlıq - Narahat ayaqlar sindromu - Udmada çətinlik