Səudiyyə Ərəbistanında Rusiya və ABŞ ekspert məsləhətləşmələri başlayıb - YENİLƏNİB

Ər-Riyadda Rusiya- ABŞ ekspert məsləhətləşmələri başlayıb.

Səudiyyə Ərəbistanında Rusiya və ABŞ ekspert məsləhətləşmələri başlayıb - YENİLƏNİB

“Meqale.com” Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.

Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Bundan əvvəl Ər-Riyadda ABŞ tərəfi ilə Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq daha əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanının paytaxtında Vaşinqton münaqişənin həlli məsələsində Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar keçirmək niyyətindədir.

10:15

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyaddakı Ukrayna münaqişəsinin həllinə dair danışıqlara Bakı vaxtı ilə saat 11:00-da başlamağı planlaşdırırlar.

Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uoltsın köməkçilərinin daxil olacağı gözlənilir.