Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.

Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

Futzal Federasiyasından verilən məlumata görə, onlar aprelin 15-də Nikosiya şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.

H.Qafarlı birinci, Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.