Könül Hüseynovanın “Gənc istedadların musiqi dünyası” adlı sinif konserti keçirilib - FOTO

Bakı Rus Evində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Tərəqqi medallı Könül Hüseynovanın  "Gənc istedadların musiqi dünyası" adlı sinif konserti keçirilmişdir.   

Könül Hüseynovanın  “Gənc istedadların musiqi dünyası” adlı sinif konserti keçirilib - FOTO
Bakı Rus Evində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Tərəqqi medallı Könül Hüseynovanın  "Gənc istedadların musiqi dünyası" adlı sinif konserti keçirilmişdir.   

Konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Rus Evi ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində baş tutmuşdur.

Tədbir Bakı Rus Evinin rəhbəri İrek Zinnurovun giriş sözü ilə ilə başladı. 

Bu gecədə tamaşaçılar dünya klassik musiqi mədəniyyətinin müxtəlif dövr-  barokko dövründən müasir dövr bəstəkarlarının əsərlərinə qədər, eyni zamanda fərqli üslub istiqamətlərinin əsrarəngiz, parlaq, rəngarəng dünyasına səyahət etdilər. Məhz bu cür geniş üslub rəngarəngliyini nəzərə alaraq proqrama yanaşma tarixi ardıcıllığa müvafiq şəkildə həyata keçirilirdi. Konsertin təşkilatçısı və aparıcısı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina böyük peşəkarlıq nümayiş etdirərək hər dövrün və bəstəkarın yaradıcılıq amallarını, özünəməxsus cizgilərini, əsərlərinin yaranma tarixini və unikallığını vurğulayaraq maraqlı təhlilləri əsasında tamaşaçıları ifa edilən əsərlərlə daha yaxından tanış etməyə müvəffəq  oldu. 

Dünya musiqi mədəniyyətinin şedevrləri solistlər - Azərbaycan Respublikasının əməkdar artisti Rəna Əliyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Adil Axundov, Beynəlxalq müsabiqələr laureatları Rəvan Mustafazadə, Namiq Səlimov, Elşən Məmmədov, Fuad Əfəndiyev həmçinin Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın tələbələri Respublika və Beynəlxalq müsabiqələr laureatları Sara Mustafayeva, Nurel Kərimova, Zəminə Kərimova, Nərminə Mürşüdzadə, Fidan Əmirova, Nəzrin Qulamova, Elvina Yəhyayeva, Aysel İbrahimli, Gülnar Ağayeva, Tasurə Hüseynova, Rasimə Abdullayeva, Fidan Yunus, Səkinə Quliyeva və Şəms Əsgərovanın ifasında tamaşaçılara təqdim olundu.