"Kopenhagen"in baş məşqçisi "Qarabağ"la oyun haqda danışdı
"Kopenhagen"in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində sabah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
meqale.com xəbər verir ki, mütəxəssis matçdan öncə keçirilən mətbuaat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün durumundan da bəhs edib: "Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq".