Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin Qala Konserti keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin Qala Konserti keçirilib.

Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin "Piccolo Tutti" orkestri (bədii rəhbər Teymur Göyçayev), "Festival" orkestri (dirijor professor Robert Canetti, İsrail) və konsertmeysterlər - Tomris Hüseynova, Aqşin İsmayılov, İrina Mehdiyevanın  müşayiəti ilə solistlər - I yer və Qran-Pri laureatları Kamilla Hüseynli, Ananiya Baladji (Hindistan), Elmira Dadaşova, Yuliya Dubek (Polşa), Amaliya Əliyeva, İvan Abdelmalak (İsrael), Minə Göyçayeva, Sultan Kərimov, Amina Axmedjanova (Qran-Pri, Qazaxıstan) dinləyicilər qarşısında çıxış edib. Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.