Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

17:00

Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
17:00

Şəmkirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb.

meqale.com APA-ya istinadən bildirir ki, 2007-ci il təvəllüdlü Yaqub Ələkbərovun meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

----------- 14:51 Şəmkirdə bir nəfər Kürdə batıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.