Laçında dağıdılmış məzarlıq yenidən bərpa edilir - VİDEO - FOTO

Laçında işğal dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış qəbiristanlıq yenidən qurulur. Burada olan 264 məzar daşı bərpa edilib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Laçın şəhər qəbiristanlığı ermənilərin viran qoyduğu onlarla məzarlıqdan yalnız biridir.

Rayon sakinləri qəbiristanlığa gələndə ata-babalarının, yaxınlarının qəbirlərini tapa bilmirdilər. Artıq aparılan yenidənqurma işləri çərçivəsində 264 məzar daşı bərpa edilib.

İndi el -obalarına qayıdan Laçın sakinləri doğmalarının məzarlarını rahat şəkildə ziyarət edə bilirlər.

Qəbiristanlığın ərazisi yaşıllıq zolağı ilə də əhatə ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun