Lavrov: Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur
Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Amerika silahları artıq Rusiya ərazisində - Ukraynadakı münaqişə zonasından kənarda müxtəlif hədəflərdə istifadə olunur.
"ABŞ və digər Qərb ölkələri tərəfindən Kiyevə verilən silahlar artıq Rusiya ərazisindəki mülki hədəflərə zərbələr endirir" , - deyə Rusiya XİN başçısı vurğulayıb.