Lebron Ceymsdən oğluna sərt qadağa - FOTOlar

Dördqat NBA çempionu Lebron Ceyms, oğlu Bronniyə məşqlər və matçlar zamanı ona "ata" deməyi qadağan edib.

Lebron Ceymsdən oğluna sərt qadağa - FOTOlar
Dördqat NBA çempionu Lebron Ceyms, oğlu Bronniyə məşqlər və matçlar zamanı ona "ata" deməyi qadağan edib.

meqale.com oxuya istinadən bildirir ki, bununla bağlı "TMZ" Ceymsdən sitat gətirib.

39 yaşlı Lebron və 19 yaşlı Bronni gələn mövsüm "Los Anceles Leykers"də birlikdə oynayacaqlar.

"O, iş yerində mənə "ata" deyə bilməz. Bronni "Ata, mən açığam", - deyə qışqıra bilməz. Stadionu tərk etdikdən sonra yenidən "ata" ola bilərəm", - Lebron bildirib.

Qeyd edək ki, 2018-ci ildən "Leykers"də çıxış edən Lebron Ceyms tarixin ən yaxşı basketbolçularından biri hesab olunur.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun