Levon Köçəryanın köməkçisi saxlanıldı
Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan saxlanılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Sukoyanın vəkili Erik Aleksanyan sosial şəbəkədə məlumat verib.
Məlumata görə, Artur Sukoyan bu yaxında Ermənistan parlamentində hakimiyyətyönümlü nəşrin jurnalisti David Levonyanla yaşadığı insidentə görə saxlanılıb. Belə ki, Sukoyan jurnalistə zərbə endirib.