Maaş və pensiyalar bu qədər artıb – Baş nazir
2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib, artım 12,7% olub.
                        meqale.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2023-cü ildə minimum əmək haqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb: