Məhkəmədən Anar Məmmədli ilə bağlı Qərar
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.
                        meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Xətai Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, onun barəsində həbs qətimkan tədbrinin müddəti daha 3 ay uzadılıb.
Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.