Məhkəmədən Fatih Terim qərarı: Zorla gətiriləcək
Yüksək gəlir vədi ilə Fatih Terim, Arda Turan, Fernando Muslera və Emre Belözoğlu kimi şəxsləri aldatdığı iddia edilən Seçil Erzanın məhkəmə işi davam edir.
meqale.com oxuya istinadən xəbər verir ki, keçmiş bank filialı müdiri barədə cinayət işində Fatih Terim şikayətçi qismində çıxış edir.
Bugünlərdə Bodrum 2-ci Ağır Cinayət Məhkəməsində işlə tanışlıq iclası keçirilib. Şikayətçi tərəflərdən biri olan Fatih Terim səhhəti ilə bağlı və xaricdə olduğu üçün iclasda iştirak etməyib.