Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilib

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib.

meqale.com xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu siyahıya əlavə edilib.