Məktəbli "Pi" ədədinin 280 rəqəmini deyərək rekord qırdı - FOTO
Böyük Britaniyada 10 yaşlı Alberto Davila Araqon "Pi" ədədinin rəqəmlərini yadda saxlayaraq sürətlə demək üzrə rekord müəyyənləşdirib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında deyilir.
O, bir dəqiqə ərzində "Pi" ədədində vergüldən sonrakı 280 rəqəmi söyləyib.