Məktəblilər arasında DAVA: yaralanan var

Zaqatalada bıçaqlanma olub.

Məktəblilər arasında DAVA: yaralanan var
Zaqatalada bıçaqlanma olub.

meqale.com lente istinadla xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hər iki yeniyetmə məktəbli olub.