“Mənə ürək-dirək lazım deyil” - Yanğında həlak olan Arzunun atası

"Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın".

“Mənə ürək-dirək lazım deyil” - Yanğında həlak olan Arzunun atası
"Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın".

meqale.com xəbər verir ki, bu sözləri Yasamalda baş verən yanğın zamanı həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov şəxsi instaqram səhifəsində yazıb.

"Eyni zamanda sahibkarın, bu özbaşınalığa rüşvət qarşılığında göz yuman səlahiyyətli şəxslərin hər birinin məsuliyyətə cəlb edilmələrini tələb edirəm",- deyə o digər bir paylaşımında qeyd edib.