“Bacımın ölümünü qızından gizlətdik”
"Ölümünü qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa qarşısına çıxar. Bizdən eşitməyi daha yaxşıdır".
meqale.com xəbər verir ki, bu sözləri "Elgizlə izlə"də mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. Ülkər bacısı Ülviyyənin vəfatından danışıb:
"Anam bacım qızına dedi, uşaq iki gün şokdan ayılmadı, biz ona izah edirik, çox güclüdür, ağıllı qızdır. Dəridən-qabıqdan çıxmışam, nəsə alıb gətirirəm, dedi ki, xala başa düşmürsən, bunlar anamın sevgisini əvəz edə bilməz, sadəcə anamın koftasını verin. Gəlincik aldıq, ona geyindirib. Həmin gecə bacım özü zəng etmişdi, dedi, anam gəlsin. Sonra Gülnar zəng etdi ki, xala, anamın yıxılmaq səsinə oyanmışam, kameranı çevirdi, baxdım ki, yerdə uzanıb. Bacım qızına dedim ki, qonşunu çağır, o da həkimdir, gəlib ürək masajı edib. Mənlə danışanda dedi ki, təzyiqim 100-ün 70-ədir, amma ölçüblər ki, 40-ın 25-ə düşüb. Ülviyyə çox emosional idi, ailəsinə bağlı idi".
Ülkər bacısı ilə həyat yoldaşının ayrılığından da söz açıb: