Əl yelləyib təyyarəni saxlatmaq istədilər - VİDEO

Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışdan içəri daxil olduqdan sonra əl yelləyərək təyyarəni dayandırmağa cəhd ediblər.

Əl yelləyib təyyarəni saxlatmaq istədilər - VİDEO
Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışdan içəri daxil olduqdan sonra əl yelləyərək təyyarəni dayandırmağa cəhd ediblər.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Köln şəhərindən Rumıniyanın paytaxtı Buxarestə uçan təyyarənin havaya qalxmağa hazırlaşması zamanı baş verib.

Belə ki, yola düşmək üzrə olan təyyarə qapılar bağlandıqdan sonra uçuş-enmə zolağına çıxıb. Bu zaman reysi qaçıran iki rumıniyalı sərnişin hava limanında təcili çıxış qapısını qıraraq uçuş-enmə zolağına daxil olublar.

28 və 47 yaşlı iki nəfərin əl yelləyərək təyyarəni dayandırmağa cəhd etməsi və qəfil uçuş-enmə zolağında görünməsi təyyarənin qalxmasını gecikdirib. Onların "Bizi aparın!", - deyə qışqıraraq özlərini pilota eşitdirməyə çalışdıqları bildirilir.