Sabah Bakının 3 rayonunda qaz olmaycaq - YENİLƏNİB
Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu haqda meqale.com-a "Azəriqaz" İB-dən məlumat verilib.
Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
--------- Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Salyan şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədi ilə əlaqədar 25.11.2025-ci il saat 09:30-dan etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumi 3981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.